27 C
Baku
Saturday, July 27, 2024

Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Ötən gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 91 gün tədavül müddətli, 22 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 5,332,000.00 manat təşkil edib.

Sifarişlər 95.6600 manat (18.4500%) və 97.1450 manat (11.9515%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95.6600 AZN (18.4500%) orta ölçülmüş qiyməti 96.4569 AZN (14.9378%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.10.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,332,000.00 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 03.01.2017-cı ildir.

İstiqrazların tədavül müddəti – 91 gündür.

Son xəbərlər
Digər xəbərlər