6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

10 noyabr 2020-ci il tarixində “Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin tədavül müddəti 3 illik (1092) gün olan 15.0 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.

“Banker.az”a Mailiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 50.3 milyon manat təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən 8,359,800.0 manat məbləğində dövlət istiqrazların rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.0124 (gəlirlilik 7.4953%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 07 noyabr 2023-cü ildir.

Son xəbərlər
Oxşar xəbərlər