25 C
Baku
Sunday, July 21, 2024

Maliyyə Palatası banklara yeni tələblər qoyub

“Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank və xidmət mərkəzlərinə qısa müddətdə tətbiq edilməsi üçün İT təhlükəsizliyi ilə bağlı tələblər toplusu göndərib”.

Bunu bu gün Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi” mövzusuna həsr olunan “Risklərin İdarəedilməsi Forumu – 2017” forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət departamentinin böyük analitiki İlqar Hidayətov deyib. Onun sözlərinə görə, ölkədə İT risklərin qiymətləndirilməsi üzrə tələblər müəyyən edilsə də, dünyada İKT sektorunun inkişafı və kiberhücumların genişlənməsi bu sahəyə diqqətin artırılmasını zəruri edir.

“Banklara göndərilən tələblər toplusunda risklərin müəyyən edilməsi, e-maillərin qorunması, məlumat kanallarının şifrələnməsi, şəbəkənin seqmentləşməsi, risklərin yoxlanılması və nəzarətin aparılması, işçilərin bu sahədə biliklərini artırılması ilə bağlı tələblər qoyulub”,- deyə İ. Hidayətov vurğulayıb.

©APA

Son xəbərlər
Digər xəbərlər