22 C
Baku
Saturday, June 25, 2022

Maliyyə Sabitliyi Şurası yeni büdcə qaydaları üzərində işləyir

“Fiskal siyasət ölkədə makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu məqsədlə ortamüddətli büdcə xərclərinin əlavə yığcamlaşdırılması labüddür”.Bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.


“Bütövlükdə fiskal siyasətin qarşısında əsas vəzifələr Maliyyə Sabitliyi Şurasında geniş müzakirə olunub. Burada gəldiyimiz əsas nəticələr ondan ibarətdir ki, biz ortamüddətli dövrdə əlavə konsolidasiyaya getməliyik və bu proses artıq ortamüddətli büdcədə öz əksini tapıb. İkinci prinsip odur ki, stabilləşdirmə büdcəsi kəsirsiz olmalıdır. Son bir neçə ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər əhəmiyyətli şəkildə azaldılıb. Bu transfertlər valyuta bazarına valyuta təklifinin başlıca mənbəyidir. Bizim gəldiyimiz razılıq ondan ibarətdir ki, işlənəcək yeni büdcə qaydaları, neft, fiskal, monetar sektora və tədiyyə balansının kəsirinin maliyyələşdirilməsi üçün optimal bir variantın işlənib hazırlanmasına şərait yaradacaq”, – deyə E. Rüstəmov bildirib.
Baş bankir fiskal yığcamlaşdırmanın digər aspektinin vergilərin optimallaşdırması olduğunu qeyd edib: “Vergi optimallaşdırılması vergi sistemində həyata keçiriləcək islahatların reallaşdırılması üçün mühüm amildir, mərhələdir. Belə bir prosesin başlanması artıq start verilmiş vergi islahatlarına, vergi yükünün optimallaşdırılması bütövlükdə uçot-hesabat sisteminin yaradılması, nağdsız ödənişlər sisteminin genişləndirilməsi və bu əsasda bütövlükdə vergi-maliyyə sisteminin dayanıqlığının artırılması istiqamətində zəmin yaradacaq”.

APA

Son xəbərlər
Oxşar xəbərlər