11 C
Baku
Friday, October 25, 2024

Maliyyə sektorunda işçilərin əməkhaqları azaldı

Azərbaycanda maliyyə və sığorta sektorunun əməkhaqları kəskin azalıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir.

Maliyyə və sığorta sahəsində çalışan işçilərin orta nominal əməkhaqqı 1 yanvar 2021-ci il tarixdə 1 719.6 manat olduğu halda,  1 fevral 2021-ci il tarixdə 1 597.2 manata düşüb. Bu da son bir ayda 122.4 manat, yəni 7.1% azalma deməkdir.

Dövlət sektorunda olan maliyyə və sığortada çalışanların aylıq əməkhaqqı 94.2 manat və ya 5.5% azalma ilə  1 628.4 manata düşüb.

Qeyri-dövlət sektorunda çalışan müvafiq sahə üzrə işçilərin orta aylıq əməkhaqları 130 manat, yaxud 7.6% enişlə 1 588.8 manata qədər azalmışdır.

Son xəbərlər
Digər xəbərlər