Maliyyə sektorunun işçi bazası 30 min nəfəri keçəcək

Azərbaycanda maliyyə və sığorta sektorunda məşğulluq qarşıdakı dörd ildə artacaq.

Banker.az bildirir ki, bu barədə 2019-cu il dövlət büdcə zərfinə istinadən xəbər verir.

2019-cu il-cu ildə bu fəaliyyətlə məşğul əhalinin sayı bu ilin proqnozu ilə müqayisədə 2,2% və ya 600 nəfər artaraq 28,2 minə çatacaq. Bu göstərici 2020-ci ildə 28,9 min, 2021-ci ildə 29,5 min, 2022-ci ildə 30,1 min nəfərə yüksələcək.

Xatırladaq ki, 2017-ci ildə bu fəaliyyətlə məşğul əhalinin sayı 0,7% və ya 200 nəfər azalaraq 26,9 min nəfər təşkil edib. Bu il bu göstəricinin 27,6 min nəfər olacağı gözlənilir.

Report


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları