17 C
Baku
Thursday, May 2, 2024

Maliyyə təşkilatlarının işləməsinə icazə verildi

Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimində maliyyə təşkilatlarının fəaliyyətinə icazə verilib.

Bu barədə Baş Nazir Əli Əsədovun “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” imzaladığı qərarda bildirilib.

Qərara əsasən, banklar və bank olmayan kredit təşkilatları, lombardlar, investisiya şirkətləri, fond birjaları, sığorta təşkilatları, ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar yaxın 2 həftə ərzində fəaliyyət göstərə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər