21 C
Baku
Friday, July 1, 2022

“Maliyyə texnologiyaları sahəsində lider ölkə” elan edildi

Banker.az DBS və Ernst & Young şirkətlərinə istinadən xəbər verir ki, Çin London, Nyu-York və Silikon vadisini üstələyərək maliyyə texnologiyaları sahəsində qlobal lider statusuna sahib olub.

DBS şirkətinin innovasiyalar üzrə şöbə rəhbəri Nil Kross iddia edir ki, dövlətin əlverişli siyasəti və hüquqi tənzimlənmə Çində maliyyə ekosisteminin əhəmiyyətli dərəcədə inkişafına səbəb olub. Alibaba, TenCent və Baidu kimi nəhəng şirkətlər də öz tövhələrini əsirgəməyib.

Çində maliyyə texnologiyaları sahəsinin sürətlə inkişaf etməsinin digər bir səbəbi isə ölkə əhalisinin yeni texnologiyalara açıq olmasıdır. DBS və Ernst & Young şirkətlərinin araşdırmasına görə, çinli istehlakçıların 40%-i yeni ödəniş metodlarından istifadə edir. Müqayisə üçün qeyd edək ki, Sinqapurda bu göstərici 4% təşkil edir.

Son xəbərlər
Oxşar xəbərlər