2021-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 1.9 faiz azalaraq 722.3 manat təşkil edib.
Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkədə maliyyə və sığorta sahəsi üzrə çalışanların orta aylıq əməkhaqqları artıb.
Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 2 202.6 manat, dövlətdə çalışanlarda 1 737.2 manat, özəldə çalışanların isə 2 326 manat olub.
Bu ilin yanvar-mart aylarında maliyyə və sığorta sahəsində işləyənlərin orta aylıq əməkhaqqları 1 633.1 manat, dövlətdə çalışanlarda 1 736.5 manat, özəldə çalışanların isə 1 605.5 manat olub.