15 C
Baku
Saturday, April 20, 2024

Maliyyə vərdişlərinizi dəyişdirmək üçün nə etmək lazımdır?

Pul problemlərinin olması, onların sayından asılı deyil. Kifayət qədər yüksək əmək haqqı alan insanlar belə maliyyə problemləri ilə üzləşə bilərlər. “Sports Illustrated” in verdiyi məlumata görə, köhnə NFL oyunçularının 78% iflasa uğrayıblar və ya pensiyaya çıxdıqdan bir iki il sonra maliyyə problemləri ilə bağlı stress yaşayıblar.

Pul udmaq da kömək etmir. Lotereya qaliblərinin 70% yeddi il ərzində iflas edirlər. Bütün bunlar maliyyə təhsilinin olmaması ilə deyil, səhv qərarların qəbul edilməsi səbəbindən baş verir.

Nəyə görə səhv qərarlar qəbul edirik?

Hər dəfə nəyisə həll etmək lazım olduqda, daxilimizdə sanki döyüş baş verir. Nobel mükafatının laureatı olan Daniel Kaneman “Asta düşün, tez qərar ver” adlı kitabında qeyd edir: “Bizim beynimiz informasiyanı iki sistemdən istifadə edərək emal edir:

  1. “Tez düşünmə” – avtomatik işə düşür, heç bir səy tələb etmir.
  2. “Asta düşünmə” – rasional dərin analizə cavab verir və yüksək konsentrasiya tələb edir.

Psixoloq Jonathan Haidt bu prinsipləri daha yaxşı başa düşmək üçün, çox maraqlı metaforanı misal çəkir – “1 və 2 sistemi” – fil və atlı. Fil – sistem 1: böyük, instinktiv, emosional. Sistem 2 – fili idarə edən atlı. O, çətinlik çəkir, çünki fil çox böyükdür.

Bütün bunların maliyyə qərarları ilə nə əlaqəsi var?

Tutaq ki, qarşınızda belə bir seçim var: qazandığınız pul mükafatını istirahətə xərcləmək və ya pensiya üçün ayırmaq. Bu halda beyninizdəki fil sizi qazanc əldə etməyə, yəni əlinizdə olan pulu istirahətə xərcləməyə sövq edir. Bununla yanaşı, atlı daha rasional bir qərar qəbul etməyə çalışır. Çox vaxt bu “döyüşdə” fil qalib gəlir.

Yalnız maliyyə savadlılığının artırılması kifayət deyil

Düzgüm qərarlar qəbul etmək asan deyil. Bu, enerji tələb edir, vəziyyəti çətinləşdirən amillərdən biri də maliyyə stressidir.

Məhz buna görə də maliyyə savadlılığının artırılması proqramları faydasız ola bilər. 2014-cü ildə keçirilmiş 201 meta-təhlilinə əsasən, bu təşəbbüslər nəticəsində maliyyə davranışı yalnız 0,1% dəyişib. Yəni, demək olar ki, dəyişməyib.

Bu, o demək deyil ki, maliyyə savadlılığının artırılması tamamilə faydasızdır: maliyyə məsələlərinin əsasını təşkil edən mexanikanı başa düşməsəniz, heç nə edə bilməyəcksiniz. Sizə bu işdə ya güclü motivasiya, ya da qorxu kömək edə bilər. Yəni, dəyişikliklərə nail olmaq istəyirsinizsə, daxilinizdəki “fili” motivasiya etməlisiniz.

Daha etibarlı qərarlar qəbul etmək üçün nə etmək lazımdır?

Maliyyə məhsullarına və resurslarına çıxışın olub-olmaması mühüm rol oynayır. Məsələn, korporativ pensiya proqramı çərçivəsində fərdi yatırımlar Pensiya Fondu və ya işəgötürənin hesabına artacaqsa, qənaət etmək üçün daha motivasiyalı ola bilərsiniz. Və ya bank xidmətlərinə görə heç bir ödəniş etmək lazım deyilsə.

Acı həqiqət ondan ibarətdir ki, aşağı gəlirli istehlakçılar əlverişli maliyyə məhsullarından istifadə etmək imkanına malik deyillər.

Buna baxmayaraq, gəlirin aşağı və ya yuxarı olmasından asılı olmayaraq, nəzarət edə biləcəyiniz şeylər var. Bu, sizə iqtisadi cəhətdən daha faydalı qərarlar qəbul etmək vərdişini inkişaf etdirməyə kömək edəcək.

Praktiki aspektləri nəzərə almağınız vacibdir

Maliyyə savadlılığının artırılması proqramları bizə nə etməli olduğumuza dair məsləhətlər verirlər, lakin necə? Məsələn, siz bilirsiniz ki, mütəmadi olaraq yatırım etsəniz, kapitalınızı artıra bilərsiniz, lakin bunu vərdiş halına gətirə bilmirsiniz.

Praktiki məsləhətlər üçün kitablara, sosial şəbəkələrə, profil saytlara və ya maliyyə məsləhətçisinə müraciət edə bilərsiniz.

Zəif tərəfləriniz müəyyən edin

“İnsanların əksəriyyəti qənaət, investisiya yatırmaq və rasional qərarlar qəbul etmək lazım olduğunu bilirlər. Bəzən onlar bu məlumatları tətbiq etməkdə çətinlik çəkirlər, çünki emosional triqqerlər (zəif tərəflər) işə düşürlər”, – maliyyə üzrə ekspert Catherine Alford izah edir. Onun sözlərinə görə, zəif tərəfləri bilmək olduqca vacibdir.

Məsələn, işdən sonra mağazaya dönürsünüz və bir butulka şərab alırsınız. Bu qərar sizin qənaət etmək istəyinizlə konfliktə girir. Bu halda triqqer – uğursuz gündür və bu, idarə edə biləcəyiniz bir şey deyil. Dəyişdirə biləcəyiniz tək şey, buna verdiyiniz reaksiyadır. Şərab almaq əvəzinə, idman zalına və ya gəzintiyə yollana bilərsiniz.

Beyninizin “zövq mərkəzini” aktivləşdirin

Bizi hərəkətə gətirən əsas iki şey var: zövq almaq və ağrıdan qaçmaq istəyi. Məhz buna görə də azart oyunlar oynayırıq, məqsədsiz alış-veriş edirik və s. Düzgün qərar qəbul etdikdə, özünüzü şirnikləndirin.

Maliyyəni avtomatlaşdırın

Gün ərzində nə qədər çox qərarlar qəbul etsəniz, beynin yükü bir o qədər çox olur. Müəyyən momentdə qərar qəbul etməkdən yorularaq, impulsiv addımlar atmağa başlayacaqsınız. Prosesləri avtomatlaşdırın ki, maliyyəni idarə etmək sizin üçün daha asan olsun. “Düşünməmiz gərək olmayan bir sistemin yaradılması əsasdır”, –  Hult International Business School-un professoru Mathew Jonson qeyd edir.



Son xəbərlər
Digər xəbərlər