28 C
Baku
Saturday, July 27, 2024

Maliyyəçilər və reperlər: “Forbes” ən perspektivli gənclərin yeni reytinqini təqdim edib

Forbes ABŞ və Kanadanın ən perspektivli gənclərin siyahısını açıqlayıb. Yeni reytinqdə kimlər var? Hip-hop ifaçıları və dünyanın ən böyük banklarının vitse-prezidentləri, Kiberidmançılar, oyun tərtibatçıları və digərləri.

“Maliyyə” kateqoriyasında NASTAQ birjasının vitse-prezidenti 28 yaşlı Doug Williams, maliyyə-texniki startapların (Oracolus) yaradıcılarından biri olan Sam Bob seçilib.

“İstehlak texnologiyaları” kateqoriyasına “Brain.fm” startapının icraçı direktoru Dan Clark, “Eterneva” startapının yaradıcısı Adele Archer daxil olub.

“Musiqi” bölməsinə “Forbes” reper Li Nas X (Old Time Road xitinin müəllifi), Billie Eilish və hip-hop ifaçısı Tyler, The Creator daxil edib.

“Hollivud və əyləncələr” kateqoriyasında “Çox qəribə işlər” serialının aparıcı aktyorlarından biri olan Finn Wolfhard seçilib.

“Oyunlar” siyahısına Bonnie Burton (Major League Gaming-in yaradıcısı), 14 yaşlı Oli Wheeler (Fortine oyununun oyunçusu) və Hana Sya (strimerlərin maraqlarını təmsil edən agent) daxil olub. Eyni zamanda, siyahıda “Twitch” striming platformasının meneceri James San da var.

Detallar

Bu il ən gənc milyarderlərin orta yaşı 27 olub. Onların 40%-i qadınlar, 59%-i kişilər, 1%-i isə cinslərini ikili olmayan kimi təsnif edir. Siyahı iştirakçılarının 65%-ni şirkətlərin təsisçisi və ya həmtəsisçisidir.

Reytinq iştirakçıları həftədə orta hesabla 66 saat işləyirlər. Onların 77%-i yaşını karyera yüksəlişində əsas üstünlüklərdən biri kimi qiymətləndirir.

Onları “Tesla” və “SpaceX” in yaradıcısı Elon Musk, “Microsoft” un yaradıcısı Bill Gates və ABŞ-ın keçmiş prezidentinin həyat yoldaşı Michelle Obama ilhamlandırır.

Son xəbərlər
Digər xəbərlər