9 C
Baku
Wednesday, December 25, 2024

Maliyyə analitiki – “166 Yükdaşıma və Logistika”

İş barədə məlumat

– Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərini təhlil etmək
– Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib, maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək
– Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqi zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək
– Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
– Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz etmək
– Yeni biznes imkanları, iqtisadi trendləri, alyansları və birgə təşkilatları aşkarlayıb təhlil etmək
– Şirkətin maliyyə hesabatlarının dəqiqliyinin, etibarlığının, şirkətin özünün mühasibat uçotu məlumatları sisteminin düzgün tətbiqinin nəzarətdə saxlanması məqsədilə yerinə yetirilən işlər zamanı menecerin təlimatına əsasən digər işlərin icrası
– Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları nəzərdən keçirib təhlil etmək və maliyyə modelləri və qiymətləndirmə üçün töhfə vermək
– İş saatı: 9:00-dan 18:00-dək

Namizədə tələblər

– İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil
– Analoji sahə üzrə minimum 2 illik iş təcrübəsi
– ACCA F3 və F7 sertifikatlarına sahib olmaq
– Yüksək riyazi və məntiqi təfəkkürə sahib olmaq
– Analitik təhlil qabiliyyəti
– MS Office xüsusən də Excel proqramı üzrə yüksək səviyyədə biliklər, 1 C 8.2 də işləmə bacarığı
– Əla səviyyədə Azərbaycan və İngilis, Rus dili üstünıükdür

Müraciət etmək istəyənlər CV-lərini mütləq şəkildə mövzu hissəsinə “maliyyə analitiki” yazaraq [email protected] ünvanına göndərə bilər. Müraciət yalnız CV vasitəsilədir, xahiş olunur zəng etməyin.

Son xəbərlər
Digər xəbərlər