10 C
Baku
Thursday, December 12, 2024

Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin aparıcı analitiki-MBNP

Maliyyə bazarları infrastrukturuna nəzarət idarəsinin aparıcı analitiki-Maliyyə Bazarlarına Nəzarət Palatası

Namizədə dair tələblər:

  • İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə magistratura pilləsində bakalavr və magistratura təhsili (CFA və FRM dərəcəsi olanlara üstünlük veriləcək);
  • Analoji sahə üzrə ən azı 1-3 il iş təcrübəsi;
  • Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə yüksək biliklər;
  • Kapital adekvatlığı və risklərin idarəolunması sahəsində yüksək biliklər;
  • Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər;
  • Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində yüksək biliklər;
  • Maliyyə hesabatlarının təhlili və proqnozların hazırlanması bacarığı;
  • Azərbaycan və İngilis dillərində səlis danışmaq, yazmaq və tədqiqat aparmaq qabiliyyəti;
  • İT resursları və ofis proqramları üzrə yüksək biliklər;
  • Təşkilatçılıq və təşəbbüskarlıq qabiliyyəti;
  • Problemi həll etmək və qərarvermə qabiliyyəti;
  • Analitik düşüncə qabiliyyəti;
  • Ünsiyyət qabiliyyəti;
  • İntensiv rejimdə və kollektiv mühitdə işləmək qabiliyyəti.

 

İşin təsviri:

  • Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə və mərkəzi depozitara nəzarətin təmin edilməsində iştirak edir;
  • Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərə verilmiş xüsusi razılığın (lisenziyanın) ləğvinə dair təkliflərin verilməsində iştirak edir;
  • Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın fəaliyyətində qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə keçirilən yoxlamaların təşkil edilməsini təmin edir;
  • Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin hesabatlarının qəbul edilməsində, onların təhlil edilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsində iştirak edir;
  • Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarət məqsədi ilə aparılan yoxlamalarda iştirak edir;
  • Qiymətli kağızlar bazarı üzrə monitorinq iştirakçısı hesab edilən şəxslərin qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarətin həyata keçirilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsində iştirak edir;
  • Qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın tərəfindən qanun pozuntularına yol verilməməsi və qarşısının alınması məqsədilə, icrası məcburi olan göstərişlərin və qanunvericilikdə nəzərdə tutulmuş digər təsir tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar müvafiq tədbirlər görməsində iştirak edir;
  • İdarənin fəaliyyətini əks etdirən hesabatları hazırlayır;
  • İdarəyə həvalə edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş, idarə rəisi və departament direktorunun göstərişlərinə uyğun digər vəzifələri yerinə yetirir.

Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.

Əlaqə vasitələri:

E – mail :  [email protected]

Son xəbərlər
Digər xəbərlər