Namizədə dair tələblər:
- ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə)
- Maliyyə sahəsi üzrə iş təcrübəsi arzu olunandır,
- Maliyyə bazarları, onlara nəzarət prinsipləri, investisiya qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə biliklər, qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə biliklər.
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.
- İT resursları və ofis proqramları üzrə biliklər
- Yüksək analitik bacarıqlar, fikirlərini yazılı şəkildə aydın və dolğun çatdırma bacarığı, hesabatlılıq, komanda qurma, idarəetmə və ünsiyyət bacarığı, operativlik və gərgin iş rejimində işləmək bacarığı.
İşin təsviri:
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin və mərkəzi depozitarın fəaliyyətinə nəzarətin həyata keçirilməsində iştirak edir;
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin hesabatlarının qəbul edilməsində, onların təhlil edilməsində və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsində iştirak edir;
- Lisenziyalaşdırılan şəxslərin fəaliyyətinə nəzarət məqsədilə keçirilən yoxlamalarda iştirak edir;
- İnvestisiya şirkəti, investisiya fondu və lotereya təşkilatçısının fəaliyyətinə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarətin həyata keçirilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsində iştirak edir.
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.