14 C
Baku
Thursday, March 28, 2024

Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki – MBNP

Maliyyə bazarlarına nəzarət departamentinin Ticarət əməliyyatlarına nəzarət idarəsinin böyük analitiki

Namizədə dair tələblər:

– Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə)

– Analoji sahə üzrə ən azı 3 il iş təcrübəsi;

– Səlis Azərbaycan və ingilis dili bilikləri;

– Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə biliklər;

– Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində biliklər;

– Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə məlumatlılıq;

– Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)

– Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;

– Yüksək ünsiyyət və təqdimat vərdişləri:

– Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;

– İT resursları və ofis proqramları üzrə yüksək biliklər.

– CFA və FRM üzrə beynəlxalq sertifikata sahib olan namizədlərə və  Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python ) üzrə bilikləri olan namizdlərə üstünlük verilir;

İşin təsviri:

– Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;

– İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasına dəstək verir;

– Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;

– İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;

– Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;

– Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;

– Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;

Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda, CV formasını tam dolduraraq e-mailin “subject” hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər