9 C
Baku
Friday, December 13, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası auditor axtarır

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMSH) uyğun illik maliyyə hesabatlarının audit olunması xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir.

Banker.az Palataya istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Rüstəm Kərimov. Telefon: +99412 493-50-58/285, faks +99412498-12-14) müraciət edə bilər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 yanvar 2019-cu il saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər