Azərbaycanda bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə prudensial normativləri və tələbləri Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyən edəcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Banklar haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı məlum olub.
Dəyişikliyə əsasən, yerli bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin etmək məqsədilə yeni prudensial normativləri və tələblər də müəyyən edilib. Belə ki, qanunun “Prudensial normativlər və tələblər” maddəsinə 34.2.16-cı və 34.2.17-ci maddələr əlavə edilib. Bununla da, maliyyə bazarlarına nəzarət orqanı kredit təşkilatları tərəfindən nağd pulun saxlanılması və inkassasiya, o cümlədən kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydaları ilə bağlı prudensial normativləri və tələblər də müəyyən edəcək.
APA