Ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) səlahiyyətlərinin Azərbaycan Mərkəzi Bankına (AMB) verilməsi, başqa sözlə iki qurumun birləşdirilməsi prosesi başa çatıb.
Bu barədə AMB-nin sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.
Onun sözlərinə görə, MBNP-nin kollektivinin 75%-i AMB-də işlə təmin olunub: “Bununla yanaşı, iki qurumun bir-birini təkrarlayan funksiyaları var idi. Bununla əlaqədar kollektin qalan 25%-nə kompenasiya ödənilib və onlar ixtisar olunub”, – deyə o, qeyd edib.
Report