13 C
Baku
Tuesday, May 7, 2024

Maliyyə Bazarlarina Nəzarət Palatasının rəhbərliyi İsveçrədə işgüzar səfərdədir

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrədə işgüzar səfərdədir. Səfər zamanı İsveçrə Maliyyə Bazarlarına Nəzarət Orqanının (FİNMA) və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO)  rəhbərliyi və yüksək səviyyəli rəsmiləri ilə görüş keçirilmişdir.

Səfərin birinci günündə baş tutmuş görüş zamanı  Azərbaycan nümayəndə heyəti üçün FİNMA-nın fəaliyyət istiqamətlərinə dair  təqdimatlar edilmiş və təcrübə mübadiləsi keçirilmişdir. Görüş zamanı Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı rəhbərlik etdiyi qurumun FİNMA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini və mövcud əlaqələrin daha da genişləndirilməsi üçün hər iki qurumun böyük potensiala malik olduğunu bildirmişdir.

Səfərin ikinci günündə SECO-nun qərargahında görüş keçirilmişdir. Görüşdə texniki yardım imkanları, müxtəlif layihələr, o cümlədən uğurla reallaşdırılmış Kapital Bazarlarının Müasirləşdirilməsi Layihəsi (CMMP) müzakirə edilmişdir. Görüş zamanı SECO rəhbərliyinin müavini Conas Frank qarşılıqlı əməkdaşlıqdan məmnunluq ifadə etmiş, iki qurum arasında inkişaf tendensiyasından razılıqla söhbət açmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər