11 C
Baku
Monday, November 18, 2024

Maliyyə bazarlarında kiber dayanıqlılıq gücləndiriləcək

Maliyyə bazarlarında kiber risklərin idarə edilməsi mədəniyyəti gücləndiriləcək.

Bu barədə “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda bildirilib.

Starategiyaya əsasən, maliyyə institutları üzrə İT idarəetmə çərçivəsinin formalaşdırılması, Maliyyə institutları üzrə tənzimlənmə və nəzarət çərçivəsinin gücləndirilməsi, Maliyyə institutlar üçün adekvat nəzarət proseslərinin həyata keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, bu təşkilatlarda kiber risklər və risk əsaslı nəzarət proseslərini əhatə edən risklərin idarə edilməsi çərçivəsinin formalaşdırılması, maliyyə institutlarında bilik və bacarıqların artırılması məqsədilə mütəmadi olaraq kiber risklərin idarə edilməsi üzrə təlim və seminarların keçirilməsi nəzərdə tutulub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər