12 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə cinayətlərində ittiham olunan ukraynalı milyarder Fransada saxlanılıb

Ukraynalı milyarder Konstantin Jevaqo Fransanın Kurşevel kurortunda saxlanılıb.

Bu barədə Ukrayna Dövlət Təhqiqat Bürosu (DTB) məlumat yayıb.

Ukrayna DTB Jevaqonun ekstradisiyası üçün sənədlər paketinin hazırlandığını bildirib.

“Ukrayna Radasının keçmiş deputatı, “Bank Finance and Credit” ASC-nin səhmdarı, Ukraynanın “Forbes” jurnalının reytinqinə görə ölkənin ən zəngin beş adamından biri olan milyarder Konstantin Jevaqo DTB-nin tələbi ilə Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən elit Kurşevel kurortunda saxlanılıb”,- məlumatda deyilir.

İş adamı maliyyə cinayətlərində ittiham olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər