17 C
Baku
Saturday, May 4, 2024

Maliyyə durumunuzu özünüz necə diaqnoz edə bilərsiniz?

Ehtimal ki, siz hər il tibbi müayinədən keçirsiniz. Həkim sizdən narahatlıqlarınızı soruşur, qan təzyiqinizi ölçür və 30 dəqiqədən sonra siz artıq işləmək qabiliyyətini itirilmiş elan edilirsiniz.

Ola bisin ki, sizə Lipitora (Kalsium Atrovistatindən, ürək qüsurlarlndan və ürək damar çatışmazlığından əziyyət çəkənlərə qayğı xidməti) getmək üçün daha bir göstəriş verilir. Oxşar müayinə prossesi başqa bir tip praktiki ofislərdə maliyyə planlaşdırıcları tərəfindən həyaya keçirilir.

Əgər həkim sizdə xolestrolun səviyyəsinin yaxşı və ya pis olmasını yoxlayırsa, planlaşdırıcı sizin yaxşı borcunuzu (əmanətlərinizi)  və ümüdsiz borclarınızı (kredit kartlarını) dəyərləndirmək iqtidarındadır. Həmçinin o, sizin kənar təsirlərə qarşı reflekslərinizi öyrənmək əvəzinə mövcud ehtiyatlarınıza nəzər salaraq  kritik maliyyə vəziyyətlərinə cavab verə bilmək qabiliyyətinizi qiymətləndirə bilər.

Merilend ştatı, Ov Vadisində Maliyyə Məsləhətxanasının prezidenti V.Tiqnanelli Endryusunun sözlərinə görə “Bir ildə çox şey dəyişə bilər. Bazarlar dəyişilir, telefon nömrələri dəyişir, benefisiarlar (gəlirləri əldə edənlər) dəyişir, vergi qanunları dəyişilir və sizin həyatınız da dəyişir”.

Beynimizdə bu anlayışı əsas tutaraq bir neçə planlaşdırıcıdan illik yoxlamalarda müəssisə rəhbərlərinə hansı suallar verdikləri ilə maraqlandıq. Bu suallar sizə öz maliyyə durumunuzu (vəziyyətinizi) diqanoz etməkdə yardımçı olacaq.

Sizin Xüsusi Kapitalınız böyüyürmü?

Bəzi planlaşdırıcıların fikrinə əsasən Xüsusi kapital maliyyə durumunu qiymətləndirmək üçün əsas ölçü meyarıdır. O, müəssisəni uzum müddətli problemlərin yaranmasını asanlıqla aşkar üsullar ilə təchiz edir. Hesablama aparmağın sadə yolu belədir, siz öz borclarınızı (pul öhdəliklərinizi) sahib olduqlarınızdan (aktivlərinizdən) çıxırsınız. Bələliklə, hətta sizin aktivləriniz artmırsa belə, əgər siz bütün borclarınızı ödəyə bilirsinizsə sizin xüsusi kapıtalınız inkişaf edə bilər.

Ayova ştatında Qərbi De-Moynda maliyyə planlaşdırıcısı  olan Volt Mozdzerin sözlərinə görə “Müştərinin maliyyə hərarətini ölçməyin ən tez yollarından biri onun ildən ilə olan mühasibat balansını izləməkdir”.

Əgər siz müştərinizin xüsusi kapitalının inkişafını müşahidə edirsinizsə (izləyirsinizsə), onda dərhal söyləyə bilərsiniz ki, onlar buna öz vəsaitləri çərçivəsində yaşayaraq və pula qənaət edərək nail olurlar, ya onlar öz maliyyə məqsədlərinə yetişməklərinin bir addımlığındadırlar.

Xüsusi kapitalda enmə heç də həmişə pis göstərici deyil, lakin siz onun damla-damla hara axdığını anlamaq istəyirsiniz- Çikaqo maliyyə planlaşdırıcısı Çeril Krouquer izah edir. “Sizin aktivlərinizin aşağı olması qazandığınızdan daha çox xərcləməyinizlə bağlıdır, ya bazardakı iqtisadi enmə kimi xarici faktorlarla? Sizin borclarınız artan xətt üzrə inkişaf edir, ya azalan?”

Artan borclar, yalnız o halda müsbət qiymətləndirilə bilər ki, siz  biznesə yeni başlamış olasınız və ya təhsilinizi artırmağa çalışasınız, lakin siz sadəcə öz qonşulaınızla bərabər səviyyədə qalmaq üçün xərlərinizi artırırsınızsa bu heç də yaxşı deyil.

Bəs sizin müəssisədə Əmsallar (Ratios) nə yerdədir?

Bəzi mütəxəssislər daha həll edici göstəricilərə − əmsallara yəni gəlirin-məsrəfə olan nisbətinə, qənaət normalarına və fövqaladə (ekstra) hallar üçün nəzərdə tutulmuş fondlara  diqqət yetirməyi vacib sayırlar.

“Bu bizə onların maliyyə həyatı haqqında aydın təsəvvür yaratmağa,  uzun müddət ərzində onu izləməyə və dəyişikliklərin edilməsinə ehtiyac olub-olmaması barədə qərar verməyə imkan verir”. − Patrik Kolins, Greenspring Wealth Management, Tovson, Merilend ştatı. “Biz onların hər biri üçün hədəflər qururuq”.

Hədəflər onların həyatlarının hansı mərhələsində olmasından asılı olaraq dəyişir. Cavan insanlar xalis  (brutto) gəlirlərinin 30%-dən artıq olmayan hissəsini bütün növ borclarına sərf edə bilərlər (avtomobil ödənişləri, girovlar, tələbələr üçün zamanətli borclar, təkrarlanan borclar) və ildən ilə bu rəqəm azalmalı və onların təqaüdə çıxacaqları dönəmə qədər sıfıra enməlidir. Qənaətlərə gəldikdə isə hər kəz öz maaşının (məvacibinin) ən azı 15%-ni yığıb saxlamağa çalışmalıdır. Təqaüdə hazırlaşan yaşlılar isə bu məbləği 20-25%-ə çatdırmalıdırlar.

Başa düşmək olar ki, siz əgər var gücünüzlə uşaqlarınızın təhsil haqlarını  verməyə və ya ev (məişət xərləri) üçün pul qənaət etməyə çalışırsınızsa bu hədəflərdən uzaq düşürsünüz. Amma istənilən halda sizin fövqəladə fondunuzda 6 aylıq məsrəfləri qarşılaycaq miqdarda nəğd pul olmalıdır, əgər siz təqaüddəsinizsə sizin fondunuz 1-illik sabit dəyişməz xərclərə görə nəzərdə tutulmalıdır. –Kollins deyir.

Siz qazandığınızdan daha çox xərcləyirsiniz?

Avtomatlaşdırılmış xidmətlərdən istifadə bəlkə də xərcləri izləməyin ən yaxşı yoludur. Bir çox ekspertlər bu sahədə məşhur olan Quicken proqramından və ya mint.com, wesabe.com və ya YouNeedABudget.com kimi onlayn xidmətlərdən istifadə etməyi məsləhət görür. Aydındır ki, siz əgər sabit gəlirlə yaşayırsınızsa bu daha çox əhəmiyyət kəsb etməyə başlayır və aylıq xərcləmə hədəflərini təsis etmək (quraşdırmaq) izlənilməni daha asan edir.

“Əksər insanların maliyyələri ilə bağlı problem ondan ibarətdir ki, onlar bu haqda çox danışsalarda heç vaxt öz maliyyə məlumatlarını birləşdirərək asan idarə olunan və istənilən bir vaxtda müəssisənin  harada mövqe tutduğunu öyrənə bilməyi mümkün edən baza təşkil etmirlər”. − Durham, Qərbi Korolina ştatında Fiduciary Solutions (Qəyyumuq Qərarları) idarəsinin prezidenti Bedda D’Angelo belə qənaətdədir.

Ötən il sizin həyatınızda hansı dəyişiklik baş verib?

Böyük həyat hadisələri hətta ən yaxşı strategiyaları belə məhv etməyə qadirdir. Evlənmək və ya uşaq gözləmək, həmçinin tibbi qayğıya və sosial təminata hüquqların yaranması sizi çoxlu maliyyə qərarları qəbul etməyə vadar edir.
Cənubi Dakota ştatının Rapid City şəhərində planlama ilə məşğul olan Rik Kahler fikirləşir ki,  burada verilən sualın qoyuluşu həqiqətdə belə olmalıdır: “Ötən il həyatımda baş vermiş hansı dəyişiklik mənim maliyyə strategiyamdakı punktlara dəyişiklik etməyimə səbəb olub”? Onun dediklərinə əsasən  “İnsan daha az və ya çox miqdarda sığortaya, həmçinin öz yatırım fəlsəfəsini təzələməyə və istehfa dövü üçün az və ya çox qənaet etməyə ehtiyac duya bilər”.

Siz hələ də müvafiq qaydada sığortalanırsınız?

Ev sahiblərinizin, icarədarların xərclərini və hesablarını dəyərləndirmək və ya avtomobil sığortası siyasətləri sizin illik və ya iki il müddətinə həyata keçirməli olduğunuz tədbirlərdəndir. Franşizalarınızın artımını yenidən nəzərdən keçirin, çünki bu sizi premiyalarsız (mükafatlarsız) qoya bilər. Florida ştatı Merrit adasında maliyyə planlaşdırıcı olan Stiv Podnos bildirir ki, siz çətir siyasətindən yararlanmaqla gələcəkdə xərclərinizi azalda bilərisiniz və bu sizi əlavə ödəmə (sığorta) məsuliyyəti ilə təmin edəcək. Bunu etmək üçün siz bütün digər siyasətlərinizdəki ödəmə (sığorta) məsuliyyətinizi çətir siyasətində tələb olunan minimuma endirməli olacaq, sonra çətir siyasətindən fərqi aradan qaldırmaq üçün istifadə edəcəksiniz. Bu xüsusi ilə yeniyetmələr olan ailələr üçün vacibdir.

“Uşaqlar 16 yaşlarına çatdıqda sürücülük etmək istəyirlər, beləliklə ailə məsulyyəti  göyə sovrulur. İstənilən bir kəs çoxsaylı vasitələrin içərisində çətir siyasətini seçə bilər. Bu milyon dollarlıq sığorta müqavilələri olduğu bir dövrdə ən ucuz sığorta vasitəsidir”.

İndi isə öz diqqətinizi əlilliyə və həyat sığorta ödəmələrinə yönəldin. Sizdə kifayət qədərdir? Həddən artıq? Yaxşı empirik qayda var: həyat sığortası üçün təqribən 20 ədəd əmək haqqı (bir və ya hər iki həyat yoldaşı üçün) çıxılsın sizin sahib olduğunuz istənilən başqa resurslar. Əgər siz istefaya, təqaüdə çıxma dövrünə yaxınlaşırsınızsa−əllilik (əmək qabiliyyətsizliyi) müavinətlərinin, əgər sizdə varsa həyat sığortasının xərclənməsini yenidən nəzərdən keçirərək bu və ya digər qisimdə azalda və ya uzun müddətli qayğı proqramı ilə əvəz edə bilərsiniz.

“Elə ki, siz altmış yaşa çatdınız iş qabiliyyətini itirməyə görə olan sığortalar çox bahalı olacaq”. − cənab Podnos deyir. “Siz cəmi bir neçə il davam edəcək sığorta müavənətlərinə görə böyük pullar ödəyirsiniz. Buna görə də mütəxəssislər 65-yaşında ödəməni dayandırmağı məsləhət görürlər.

Siz öz miras planlamanızda hər hansı bir dəyişiklik etməyi vacib bilirsinizmi?

Prosesə sərmayəçiləri həyat sığortanızın və ya təqaüd xərclərinizin müasir tələblərə uyğun olmasını əmin etməklə başlayın. Siz həmçinin uşaqlara qəyyum təyin etdiyiniz adamların, müvəkkil etdiyiniz və ya hüquqlarınızı həvalə etdiyiniz şəxlərin adlarını da yenidən nəzərdən keçirə bilərsiniz.
Onlar hələ də bu iş üçün ən yaxşı seçimdirlər? Kaliforniya ştatı, Solana sahili maliyyə planlşdırıcısı olan Jon P. Beyrer soruşur.

İrsiyyət (miras, vərəsəlik) planlama sənədləri də vəkalətnamə və ya vəsiyyətnamə kimi yenidən baxılmalı, lazım gəldiyi təqdirdə təzələnməlidir. (Siz bu il elə bir əşya almısınız ki, onu hələ sağlıq dövrünüzdə hüquqi qüvvəyə minən və dəyişdirilə bilən vəkalətnamənizə daxil etməyə ehtiyac var?) Mülkiyyət vergilərini əhatə edən qeyri müəyyənlik (inamsızlıq) səbəbindəən, vergili əmlaka sahb olan ailələr miras vəkalətnamələrinin bu qeyri müəyyənliyə müvafiq şəkildə yazılmasına əmin olmalıdırlar.

“Əgər sənədin yaşı beşdən çoxdursa, o müvəkkil tərəfindən yenidən baxılmalıdır” – deyərək cənab Podnos əlavə edir. Həmçinin əmin olun ki, sizin irəliləmiş səhiyyə direktivləriniz, müvəkkliin tibbi hüquqları və səhiyyə səlahiyyətləri öz qaydasındadır.

Siz necə yatırsınız?  Sizin investisiya portfelinizin əlavə qorunmaya ehtiyacı varmı?

İqtisadi böhran bəzi sərmayəçilərə xatırlatdı ki, onlar dəyişikliklərə və risklərə qarşı öz davamlılıqlarını həddən yüksək qiymətləndirirlər. Buna görə də bəzi planlama mütəxəssisləri belə bir suala cavab verməyi təklif edirlər. Sizi hədəflərinizə aparan yolda daha az risk etməklə, məsələn səhmlər almaqla məqsədə çatmaq mümkündürmü?  Bu, həmçinin sizin öz investiya portfelinizə nəzər salmağın və onun hədəf aktivlərinizə uyğun şəkildə yenidən bölüşdürülməsinə (balanslaşdırılmasına) ehtiyac duyulmasını görmək üçün əsl məqamıdır. Bir sıra planlaşdırıcılar bunu ildə ən azı bir dəfə etməyi məqsədə uyğun hesab edirlər. Sizin təqaüd vaxtınız yaxınlaşdıqca maliyyə planlaşdırıcıları sizin investisiya portfelinizin və digər gəlir mənbələrinin sizin cari həyat tərzini təmin edə bilib-bilməməsi layihələrini hazırlmağa başlayırlar. Əgər siz izlənilirsizsə onda defisitləri aradan qaldırmaq üçün güclü, həlledici qərarlar qəbul etməli olacaqsınız.

Öz dərinliyində maliyyə planlaması təkcə pulla bağlı deyil.  Bu, əslində sizin həyatdan istədiyiniz şeyləri maliyyələşdirmək üçün ən səmərəli yolların tapılması haqqındadır, ola bilsin ki, bu ailə və dostlar ilə daha çox vaxt keçirmək və ya səyahət etməkdir.  Və planlaşdırıcılar öz illik yoxlamalarından müştərilərinə məhz bunu etdiklərinə əmin olmağa kömək etmək üçün istifadə edirlər.

“Biz insanları cəsarətləndirməyə çalışırıq ki, onlar özlərindən soruşsunlar, bir il sonra daha xoşbəxt və yaxşı olmaq üçün nə edə bilərlər, daha çox pula qənaət etmək, borcları ödəmək, sənətlərini dəyişmək və ya xeyriyyə ilə məşğul olmaq”. − Texas ştatı, Plano şəhərində maliyyə planlaşdırıcısı olan Dan Serra deyir. “Bu həyat və pulun dəyərlədirilməsinin qovuşmasıdır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər