19 C
Baku
Monday, July 1, 2024

Maliyyə işlərini sabaha saxlamağa necə son qoymaq olar?

Əgər siz bu günlə yaşayırsınızsa və sabahı fikirləşmirsinizsə, onsuzda sabah gələcək və onda sizin cibləriniz boş olacaq. Şüarınız budursa,  – “Bu günün işini etmək istəmirsənsə, onu sabaha saxla”, onu nə qədər gec deyil, dəyişməyin vaxtı çatıb.

Bu məsələnin ciddiliyi ondan irəli gəlirki, hər bir gecikmiş kredit sizin kredit tarixcənizə təsir edir və bütün bu informasiyalar Mərkəzi Bankın reestr xidmətində saxlanılır və siz yenidən kredit götürən zaman istənilən bank bu informasiyadan istifadə edərək sizə “rədd” cavabı verə bilər.

Siz özünüzə “Kreditimlə sabah məşğul olaram”, “büdcəni gələn həftə tərtib edərəm”, “kart üzrə faizləri gələn ay ödəyərəm” deməklə, ciddi maliyyə çətinlikləri yarada bilərsiz.

Maliyyə planlaşdırması üzrə sertifikatlı mütəxəssis Culi Merfi Kasserli israr edir ki, “Sabah haqqında düşünməmək – bu günkü kredit reytinqini pisləşdirmək və deməli, gələcək üçün bunu pisləşdirmək deməkdir”.

Bununla belə, yaxşı xəbərlər də var: mühüm işləri sabaha saxlamaq meylindən əl çəkməyin tamamilə real yolları mövcuddur.

Səbəb nədir?

Əgər siz nəyisə təxirə salmağa meyillisinizsə, bu məsələdə tək deyilsiniz. Belə ki, psixoloq Cozef Saylon israr edir ki, onun müştərilərinin 20%-dən çoxu  özünü xroniki “təxirəsalan” hesab edir. Lakin bizlərdən çoxunun sabaha təxirə salmağa meyilli olduğumuza baxmayaraq, sabah saxlanılan paltar yumaqla vaxtında ödənilməyən hesablar arasında böyük fərq vardır.

Maliyyə məsələlərində təxirəsalmanın səbəbi adətən özünə inanmamaqda və ya səhv etmək qorxusundadır. Bundan başqa, burada öz vəsaitləri qarşısında məsuliyyət qorxusu da ola bilər, ona görə də bəzi insanlar məhz pulla bağlı məsələlərdə vaxtı uzatmağa meyillidirlər, deyə Saylon izah edir.

Burada həmçinin “xoşdur – xoş deyil” anlayışları da mühüm rol oynayır. Psixoloq-bixeviorist Mett Uollertin dediyinə görə, “insanlar narahatlıq doğuran işləri təxirə salmağa meyillidirlər”. Əgər maliyyə balansının aparılması yorucu, darıxdırıcı və baş ağrısı yaradandırsa, siz hər işlə məşğul olacaqsınız ki, bu pul məsələsini etməyəsiz”.

Nə etməli?

Şəxsi maliyyə ilə məşğul olmaq istəməmyin səbəbi nə ilə izah olunsa da, problemin həllinin ən yaxşı üsulu boş yerə fasiləsiz düşünməkdə deyil, onun həllinə pozitiv yanaşmaqdadır. Əgər neqativ təcrübədə deyil, pozitiv təcrübədə fikirimizi toplasaq, maliyyəyə münasibətdə olan qorxudan tamamilə qurtarmaq mümkündür.

Beləliklə, adət edilmiş maliyyə məsələrinin təxirə salınması xüsusiyyəti ilə mübarizə aparmaq qərarına gələnlərə, bir neçə məsləhət:

  • bütün problemləri bir dəfəyə həll etməyə çalışmayın. Eyni zamanda bir qalaq hesablarla və borc ödəmələri ilə əlləşməmək üçün, maliyyə məsələlərini ayrı-ayrı mərhələlərə bölün. “İrəliyə az-az getmək tamamilə heç nə etməməkdən daha yaxşıdır”, -deyərək maliyyə üzrə mütəxəssis Syuzan Hou qeyd edir;
  • şəxsi maliyyəyə olan münasibəti dəyişin. Qara günə yığılmış vəsait üzərində daima düşünmək əvəzinə, onlara pozitiv yanaşmağa başlamaq daha yaxşıdır. “Yığılmış vəsaitə onsuz yaşamaq mümkün olmayan bir şeyə kimi münasibət deyil, ona “təhlükəsiz yastığı” kimi münasibət göstərin. Kredit kartı üzrə borcu ödəyərək, borc ödədiyinizi  deyil, maliyyə əmin amanlığı istiqamətində daha bir addım yaxınlaşdığınızı düşünün”, – deyərək, Hou izah edir;
  • maliyyənizlə məşğul olmaq haqqında verdiyiniz sözü yazın. Özünüzü hərəkət etməyə məcbur etmək üçün, sosial şəbəkədə öz bloqunuzda yaxud səhifənizdə şəxsi büdcənizi tərtib etməklə məşğul olacağınız yaxud kredit hesablarınızı səliqəyə gətirəcəyiniz haqqında yazın. Əgər siz onlayn ünsiyyətin pərəstişkarı deyilsinizsə, bu halda öz niyyətiniz haqqında dostunuza yaxud sizə yaxın olan adama bildirin. “Siz özünüz təəccüblənəcəksiniz ki, düşündüyünüzü həyata keçirmək üçün addım atmaqda verdiyiniz vədi ucadan səsləndirmək nə qədər yaxşı stimul rolu oynayır”, – deyərək, Met Uolltert qeyd edir;

  • iş haqqında deyil, onun nəticəsi haqqında düşünün. Yekun nəticənin üzərində fikirinizi toplayın, onun əldə olunması üsulları haqqında düşünməyin. Özünüzə “hesabın ödənməsi yarım saat vaxt sərf edəcək” deməyin əvəzinə, qarşınızda sadəcə bir gün ərzində bunun nə qədər vaxt tələb etdiyindən asılı olmayaraq, beş hesab ödəmək məqsədi  qoyun.  Syuzan Hou təsdiq edir ki: “Bu sizə tapşırıq həlli üçün yükləndiyinizi hiss etməməyə və hərəkət etməkdən qorxmamağa kömək edər”
  • özünüzü yaxşı işlədiyinizə görə mükafatlandırın. Hər dəfə növbəti maliyyə məsələsini həll etdikdən sonra, özünüzü mükafat olaraq əyləndirin. “Bu vacib şərtdir”, – deyərək, Cozef Saylona qeyd edir. Siz özünüzün növbəti kiçik qələbənizi, məsələn vaxtında ödənilmiş hesaba görə, heç olmasa  balaca bir tortla qeyd etməlisiniz.

Daha bir qayda: səbr edin. Culi Keserli təsdiq edir ki, hər şey alınıncaya qədər iki yaxud üç dəfə səhv edəcəksiniz. “Əgər siz bir-iki məntiqli maliyyə planlaşdırılması yolundasınızsa, məsələləri yenidən təxirə salmağa başlayacaqsız və burada qeyri-adi heç nə yoxdur”, – deyərək fikrini Culi Keserli tamamlayır.

Son xəbərlər
Digər xəbərlər