13 C
Baku
Thursday, April 18, 2024

Maliyyə monitorinqi sektorunun aparıcı analitiki – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatas

Maliyyə monitorinqi sektorunun aparıcı analitiki

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə monitorinqi sektorunun aparıcı analitiki vəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədilə publik hüquqi şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Tam ali təhsil;
• Yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili arzuolunandır);
• Müvafiq sahədə 2 il iş təcrübəsi;
• MS Excel proqramından yüksək səviyyədə, digər MS Office proqramlarından orta səviyyədə istifadə bacarıqları;
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik, təşəbbüskarlıq, problemləri həll etmə, analitik düşüncə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Maliyyə qurumlarında yoxlamaların aparılması, risklərin ölçülməsi, məktubların hazırlanması və təkliflərin verilməsi;
• MS Excel proqram təminatı vasitəsilə cədvəllərin qurulması və hesablamaların aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər