-1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Monitorinqi şöbəsinin (AML, Compliance) mütəxəssisi/aparıcı mütəxəssisi – Nikoil Bank

Maliyyə Monitorinqi şöbəsinin (AML, Compliance) mütəxəssisi/aparıcı mütəxəssisi

Əsas vəzifələri:

•  Xml formatında hesabatların tərtibi;
•  Xarici müxbir banklar tərəfindən daxil olan sorğuların cavablandırılması;
•  Əməkdaşlıq etdiyimiz banklar ilə Özünüqiymətləndirmə sorğu vərəqələrinin qarşılıqlı mübadiləsi;
•  CRS və FATCA hesabatlarının hazırlanması;
•  Verilən digər tapşırıqların icra edilməsi.

Namizədə tələblər:

•  Ali təhsil;
•  Yaş həddi 22-30;
•  Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında  Azərbaycan Respublikasının Qanunu haqqında biliklərin olması;
•  Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
•  Kompüterdən istifadə etmək bacarığı , “MS Office”;
•  XML üzrə biliklərin olması arzuolunandır;
•  Bank əməliyyatları (müxabirləşmələr) haqqında anlayışın olması;
•  Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
•  CRS və FATCA haqqında ümumi anlayışın olması;
•  Verilmiş tapşırıqları vaxtında yerinə yetirmek bacarığı;
•  Azərbaycan, Rus, İngilis dilində sərbəst danışmaq bacarığı;
•  AML (Compliance) sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (AML üzrə mütəxəssis/aparıcı mütəxəssis) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər