2 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Monitorinqi Xidməti ləğv edilib

Onların istifadəsində olan dövlət əmlak Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib
Prezident İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Lent.az-ın  AzərTAc-a istinadən xəbərinə görə, fərmanda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

Bundan başqa Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə əlaqədar aşağıdakı tərkibdə İşçi qrupu yaradılıb:

İşçi qrupunun rəhbəri

Rüfət Aslanlı – Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri

İşçi qrupunun üzvləri

Asim Məmmədov – “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Cəlal Qasımov – “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri

Faiq Hüseynov – “Unibank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri

Rövşən Cavadov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya departamentinin direktoru

Zəka Mirzəyev – Azərbaycan Respublikası Maliyyə Nazirliyinin maliyyə və sığorta bazarlarının tənzimlənməsi şöbəsində sektor müdiri

Son xəbərlər
Digər xəbərlər