Maliyyə Monitorinqi Xidmətinin Analitik idarəsi – analitik
Namizədə dair tələblər:
– Ali təhsil (kriminalistika, maliyyə, hüquq, iqtisadiyyat, bank işi, riyaziyyat üzrə);
– Analitik düşüncə qabiliyyəti;
– Detalları görə bilmə qabiliyyəti;
– Təqdimat və yazı bacarığı;
– Yüksək səviyyədə ingilis dili və ya digər xarici dil biliyi;
– MS Office proqramları işə iş qabiliyyəti;
– Məlumat bazaları (proqram təminatı) ilə işləmək qabiliyyəti;
– Məsuliyyətlilik.
İşin təsviri:
– Reqlamentə uyğun olaraq, analitik bazaya daxil olmuş məlumatlarda cinayət əlamətlərinin müəyyən edilməsi məqsədilə onların araşdırılması, təhlili, məntiqi nəticələrin çıxarılması, əsaslandırılmış ehtimalların irəli sürülməsi, müvafiq təhlil hesabatının və sxemlərin hazırlanması;
– Araşdırma və təhlil nəticələrinin hüquq-mühafizə orqanlarına göndərilməsi üçün şübhəli əlamətlərin və irəli sürülmüş ehtimalların dolğun olmasının əsaslandırılması;
– Analitik fəaliyyəti ilə əlaqədar daxil olmuş ölkə-daxili və beynəlxalq sorğulara cavab layihələrinin hazırlanması;
– Analitik fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanları, ölkəmizin digər orqanları və monitorinq subyektləri arasında koordinasiyanın aparılması, əməkdaşlığın stimullaşdırılması;
– Analitik fəaliyyətin, cari olan digər işlərin optimallaşdırılması, habelə ölkədə görülən pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
– Müvafiq sahədə monitorinq subyektlərinin və aidiyyət olan dövlət orqanlarının nümayəndələri üçün təşkil olunmuş təlim tədbirlərinin təşkilində iştirak.
Vakansiyanın tələblərinə uyğun gəldiyiniz halda, CV formasını tam dolduraraq e-mailin “subject” hissəsində vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.