21 C
Baku
Wednesday, October 15, 2025

Maliyyə Monitorinqi Xidmətinin işçilərinin say həddi artırılıb

Prezident İlham Əliyev “Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 18 iyul 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Xidmətin işçilərinin say həddi 55-dən 65-ə çatdırılıb.

Nazirlər Kabineti fərmandan irəli gələn məsələləri həll etməlidir.

Son xəbərlər
Digər xəbərlər