5 C
Baku
Thursday, December 19, 2024

Maliyyə naziri əmr imzaladı: Bu işçilərin işə çıxması qadağan edilir

Maliyyə naziri Samir Şərifov koronavirus infeksiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Banker.az xəbər verir ki, əmrdə bildirilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin.

Qeyd olunub ki, nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilir.

Əmrdə göstərilir ki, xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılır.

Ezamiyyətə xüsusi zərurət olduğu hallarda isə nazirliyin rəhbərliyinə əsaslandırılmış müraciət edilməlidir.

Həmçinin vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb.

Qeyd edək ki, Azərbaycanda martın 24-dən etibarən aprelin 20-nə qədər xüsusi karantin rejimi elan olunub.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər 72 koronavirus xəstəsi qeydə alınıb. Onlardan 10 nəfəri sağalıb, bir nəfər ölüb.

Son xəbərlər
Digər xəbərlər