12 C
Baku
Wednesday, December 11, 2024

Maliyyə naziri: Almaniya Ukraynaya 22 milyard avro yardım edib

Almaniya artıq Ukraynaya dəstək üçün 22 milyard avro ayırıb ki, bunun da 12 milyardı hərbi yardıma gedib.

Bunu Kiyevdə səfərdə olan Almaniyanın maliyyə naziri Kristian Lindner ukraynalı həmkarı Sergiy Marçenko ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Ukrayna Almaniyanın qlobal ictimaiyyətlə birlikdə onu dəstəkləyəcəyinə ümid edə bilər. Biz artıq Ukrayna üçün 22 milyard avro məbləğində vəsait tapmışıq. Bu, böyük məbləğdir”, – Lindner bildirib.

Almaniyanın maliyyə naziri əlavə edib ki, bu yardımın 12 milyard avrosu hərbi yardımla bağlıdır.

O, dəstəyin davam etdirilməsindən danışaraq, Almaniya hökumətinin artıq müvafiq qərar qəbul etdiyini vurğulayıb. “İndi bu, parlament tərəfindən təsdiqlənməlidir”, Lindner əlavə edib.

“Bilirsiniz ki, Almaniya Avropa büdcəsinin ən böyük donorudur, ona görə də Aİ-nin artıq təşviq etdiyi Ukraynaya gələcək makromaliyyə yardımında bizim böyük payımız var. Məhz bizdə planlaşdırma müddəti 2027-ci ilə qədərdir. Biz artıq hərbi yardım üçün vəsait daxil etmişik, ona görə də Ukrayna əmin ola bilər ki, gələcək illərdə bizim tərəfimizdən töhfələr veriləcək”, – hökumət rəsmisi əmin edib.

Xatırladaq ki, Almaniyanın maliyyə naziri Kristian Lindner avqustun 14-də səhər saatlarında Kiyevə gəlib. Bu, onun Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından bəri Ukrayna paytaxtına ilk səfəridir.

Son xəbərlər
Digər xəbərlər