3 C
Baku
Saturday, December 14, 2024

Maliyyə naziri “Büdcə sistemi haqqında” qanunu şərh edib

““Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqinin mahiyyəti ondan ibarətdir ki, bu qanunun tətbiqi ilə maliyyə intizamı yaradılır”.

 

Bunu “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

 

Onun sözlərinə görə, qanunun tətbiqi zamanı xərclərin yuxarı həddində uzun və orta müddətli limitlər tətbiq olunur. “Digər tərəfdən bizim üçün vacib olan meyar gəlirlərin dəyişkənliyidir. Bunun üçün qanunun tətbiqi ilə gəlirlərin dəyişkənliyindən qoruyucu mexanizmlər işə salınır. Bu o deməkdir ki, bizim büdcə siyasətimiz kontur-tsiklik olmalıdır. Yəni bizim gəlirlərimiz artanda, o artımın hamısını xərcləməməliyik. Gəlirlərimiz azalanda isə bizim sərəncamımızda kifayət qədər ehtiyat olmalıdır ki, kontur-tsiklik siyasəti həyata keçirə bilək,” – deyə S. Şərifov qeyd edib.

Apa

Son xəbərlər
Digər xəbərlər