1 C
Baku
Saturday, December 14, 2024

Maliyyə naziri deyir ki, dövlət inflyasiyanı bu yolla “kifayət qədər cilovlayır”

İnflyasiyaya təsir edən bir sıra amillər dövlət tərəfindən tənzimlənir.

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

Nazir qeyd edib ki, başqa ölkələrdə yanacaq qiyməti inflyasiyaya ciddi təsir edir.

Azərbaycanda isə belə deyil, bu istiqamətdə dövlət nəzarəti inflyasiyanı kifayət qədər cilovlayan amildir.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər