Büdcə paketi çərçivəsində müdafiə qabiliyyətinin və təhlükəsizliyin təmini üçün tədbirlər tam şəkildə nəzərə alınıb, həmçinin hər bir azərbaycanlının rifahının təmini üçün sosial tədbirlər tam maliyyələşib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.
Maliyyə naziri bildirib ki, azad edilmiş ərazilərin bərpası və vətəndaşların köçürülməsi üçün bütün tədbirlər büdcədə müəyyən olunub: “İnfrastrukturun daha da yaxşılaşdırılması üçün tədbirlər də büdcə paketində nəzərdə tutulub. Ana hədfələrimizdən biri olan neft gəlirlərindən asılılığın azaldılması büdcəmizdə təmin edilib. Ölkə başçısının tapşırığına əsasən büdcə xərcləri optimallaşdırılması və izafi xərclərin qarşısının alınması üçün müvafiq çərçivə təmin edilib”.

                                    




