12 C
Baku
Thursday, November 14, 2024

Maliyyə naziri:”Region ölkələrinin milli valyutası möhkəmlənir”

Gürcüstanın milli valyutası olan larinin məzənnəsi qısamüddətli perspektivdə stabilləşəcək, ortamüddətli perspektivdə isə güclənəcək. Agentlik xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Nodar Xaduri bildirib.

Nazirin sözlərinə görə, lari regionda cərəyan edən proseslərdən təcrid olunmayıb.

“Görürsünüz ki, region ölkələrinin milli valyutaları möhkəmlənir. Neftin qiyməti də artıq əvvəlki kimi təlatümlü deyil. Üstəlik, dövlət büdcəmiz larinin məzənnəsinə təzyiq göstərmir”, – deyə nazir qeyd edib.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər