2017-cı ilin 07 mart tarixində BFB-də keçiriləcək Maliyyə Nazirliyinin , tədavül müddəti 182 gün, hər birinin dəyəri 100 manat olan, 10 milyon ədəd olan Dövlət Qısamüddətli İstiqrazları (DQİ) hərraca çıxarılacaq.
Banker.az BFB-ya istinadən xəbər verir ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir. Anderayter “Paşa Kapital İŞ” QSC-dir.
Hərracın keçirilməsi tarixi | 07.03.2017 |
Dövlət istiqrazının növü | DQİ |
Qiymətli kağızın İSİN kodu | AZ0102003545 |
Ümumi həcmi (manat) | 10 000 000 |
Bir istiqrazın nominal dəyəri (manat) | 100 |
İstiqrazların tədavül müddəti | 182 gün |
Ödəmə tarixi | 05.09.2017 |
Anderrayter | Paşa Kapital İŞ QSC |