Tenderə dəvət
MALİYYƏ NAZİRLİYİ AÇIQ TENDERƏ DƏVƏT EDİR:
Tender 15 lot üzrə keçirilir::
lot 1 – İnzibati binadakı elektrik sistemləri və avadanlıqlarına 2019-cu il ərzində texniki xidmətlər
lot 2 – İnzibati binadakı 2 ədəd Genpover markalı (Türkiyə istehsalı) 1600 Kva generatora və 2 ədəd Çetinkaya markalı (Türkiyə istehsalı, 3 hissəli) 1600kva tənzimləyiciyə 2019-cu il ərzində texniki xidmətlər
lot 3 – İnzibati binadakı 400 Kva Socomec markalı (Fransa istehsalı) və 3 ədəd Makelsan markalı (Türkiyə istehsalı) online UPS-ə 2019-cu il ərzində texniki xidmətlər
lot 4 – İnzibati binadakı yanğına qarşı mühafizə sisteminə (avtomatik və su ilə söndürmə sistemi) 2019-cu il ərzində texniki xidmətlər
lot 5 – İnzibati binadakı havalandırma, soyutma və isitmə sisteminə 2019-cu il ərzində texniki xidmətlər
lot 6 – İnzibati binadakı su və kanalizasiya sisteminə 2019-cu il ərzində texniki xidmətlər
lot 7 – İnzibati binadakı mühafizə sistemlərinin (giriş-çıxış nəzarət sistemi, video müşahidə sistemi), daxili şəbəkənin, İP müşahidə sisteminin, iş vaxtının uçotu proqramı təminatına 2019-cu il ərzində texniki xidmətlər
lot 8 – Maliyyə və mühasibatlıq hesabatları üçün avtomatlaşdırılmış ERP proqram təminatına dəstək xidmətləri
lot 9 – QHT və siyasi partiyaların hesabatlarının təqdim olunması üçün proqram təminatına dəstək xidməti
lot 10 – Yeməkxana binasına elektrostatik filtrlərin alınması və quraşdırılması işləri
lot 11 – Dəftərxana ləvazimatları
lot 12 – Təsərrüfat malları
lot 13 – Sanitar qovşaqlar üçün sərfiyyat materialları (Kimberly-Clark avadanlıqlarına uyğun)
lot 14 – Kompüter, printer və surətçıxaran maşınlar
lot 15 – Nazirliyin aparatının istifadəsindəki elektrotexniki avadanlıqlara (kompüter, printer və surətçıxaran maşınlar) texniki xidmətlər
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Səməd Vurğun 135 (AZ1022) (Əlaqələndirici şəxs :Anar Qasımov; Aydın Əliyev, telefon :(012) 404-47-44; (012) 404-34-40) ünvanından ala bilərlər .
İştirak haqqı
lot 1 – 100 manat
lot 2 – 100 manat
lot 3 – 100 manat
lot 4 – 100 manat
lot 5 – 100 manat
lot 6 – 100 manat
lot 7 – 100 manat
lot 8 – 100 manat
lot 9 – 100 manat
lot 10 – 100 manat
lot 11 – 150 manat
lot 12 – 150 manat
lot 13 – 150 manat
lot 14 – 250 manat
lot 15 – 250 manat
Hesab: | AZ83CTRE00000000000002108571 |
VÖEN | 1400108191 |
Bank: | Dövlət Xəzinədarlığı Agentliyi |
Kodu: | 210005 |
VÖEN: | 1401555071 |
M/H: | AZ41NABZ01360100000000003944 |
S.W.İ.F.T: | CTREAZ22 |
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərinin 1 % –i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Digər sənədlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2019-02-20 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2019-03-01 11:00qədər Bakı, Səməd Vurğun 135 (AZ1022; otaq 605) ünvanına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 2019-03-04 10:00 tarixində Bakı şəhəri, Səməd Vurğun 135 (4-cü mərtəbə 407-ci otaq – İclas zalı) ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
TENDER KOMİSSİYASI