Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Dövlət maliyyə nəzarəti tədbirləri zamanı pozuntular müəyyən edilib.

Bu barədə maliyyə naziri Sahil Babayev Nazirlikdə keçirilən Kollegiya iclasında bildirib.

Məlumata görə, 2025-ci il və 2026-cı ilin ilk rübündə 157 nəzarət obyektində aparılan yoxlamalar zamanı maliyyə pozuntuları aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması, artıq vəsaitlərin bərpası və vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bildirilib ki, eyni zamanda ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərcləmələrin qarşısı alınıb, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb, bəzi hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.

İclasda qeyd olunub ki, maliyyə nəzarətinin effektivliyinin artırılması məqsədilə risk əsaslı yanaşma və rəqəmsal sistemlərin tətbiqi genişləndirilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər