3 C
Baku
Saturday, December 14, 2024

Maliyyə Nazirliyi “2024-cü ildə neft-qaz ÜDM-inin artım həcmini açıqladı

2023-2024-cü illərdə qaz hasilatının artması neft-qaz ÜDM-nin artımını dəstəkləyərək real artım tempinin 2023-cü il üzrə 0,2 %, 2024-cü ildə 2,6 %-ə qədər artmasına səbəb olacaq.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat verib.

“2026-cı ilə doğru ÜDM-nin real artım tempinin tədricən zəifləməsi neft-qaz ÜDM üzrə real artım tempinin azalan dinamikasından qaynaqlanacaq”, – Nazirliyinin açıqlamasında deyilir.

Proqnozlara əsasən, 2026-cı ildə azalan hasilat göstəriciləri neft-qaz ÜDM-nin 1,9 % geriləməsinə səbəb olacaq.

Neft gəlirlərinin azalması çağırışı ilə bağlı qeyd olunur ki, neft hasilatı üzrə azalmaların davam etməsi neft gəlirlərinin azalmasını şərtləndirir, lakin təbii qazın yüksək satış qiyməti və “Şahdəniz” yatağı üzrə qaz hasilatı proqnozları ortamüddətli dövrdə ölkədaxili neft hasilatının aşağı düşməsi ilə əlaqədar neft gəlirlərinin azalmasını neytrallaşdırır.

 

 

Son xəbərlər
Digər xəbərlər