11 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0106001941 |
Emissiya həcmi | 40 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 1092 gün |
Faiz ödənişləri (olduqda) | 12 iyul 2022-ci il, 10 yanvar 2023-cü il 11 iyul 2023-cü il, 9 yanvar 2024-cü il
9 iyul 2024-cü il, 7 yanvar 2025-ci il |
Faiz gəliri | 5.0 % |
Ödəmə tarixi | 07.01.2025 |
Anderrayter | “PAŞA Kapital İŞ” QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.