28 C
Baku
Thursday, June 5, 2025

Maliyyə Nazirliyi 5 banka yarım milyard depozit qoydu – Faizlər düşdü

03 iyun 2025-ci il tarixində Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Banker.az xəbər verir ki, hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən dörd bankında 30 gün müddətinə, 6.42% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Sonuncu 26 may 2025-ci il tarixindəki hərracda 6.74% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilmişdi.

Son xəbərlər
Digər xəbərlər