Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Alventures” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “e-muhasibat” elektron portalının yaradılması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 56.253 manatdır.
Qeyd edək ki, “Alventures” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 50 000 manatdır və qanuni təmsilçisi Lətif Məhərrəmovdur.