7 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyi 60 mln. manatlıq istiqraz buraxır

Banker.az-ın verdiyi məlumata görə, 12 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Dövlət istiqrazının növü Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0106011940
Emissiya həcmi 60 000 000 manat
Nominal dəyəri 100 manat
İstiqrazların tədavül müddəti 1092  gün
Faiz ödənişləri (olduqda) 11 oktyabr 2022-ci il, 11 aprel 2023-cü il     10 oktyabr 2023-cü il,  9 aprel 2024-cü il

8 oktyabr 2024-cü il,  8 aprel 2025-ci il

Faiz gəliri 4.0 %
Ödəmə tarixi 08.04.2025
Anderrayter                  “PAŞA Kapital İŞ” QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər