Azərbaycan Respublikası Maliyyə Nazirliyi vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi”nin qurulmasım üçün 865 500 manat pul xərcləməli olacaq.
Banker.az xəbər verir ki, Nazirlik bununla bağlı, “Evrodizayn” QSC ilə satınlama müqaviləsi imzalanıb.
Bu tender 22.11.2019-ci il tarixində elan edilmişdi və tenderdə iştirakın dəyəri 2 000 manat idi.
Ötən gün imzalanan müqavilədə isə tapşırıqların idarəedilməsi (Task management) proqram təminatının satınalınması üçün 14 903 manatlıq müqavilə imzalanmışdı.
26 dekabr 2019-cu ildə isə “DOST Agentliyi” ilə Məlumatların Saxlanması Sisteminin Virtuallaşdırılması və Onlayn ehtiyat nüsxəsinin yaradılması, Hiper-konvergen İnfarstrukturun (HKİ) yaradılması və Əsas perimetrik təhlükəsizlik xidmətləri nəzərdə tutulan satınlama müqaviləsi imzalanmışdı və müqavilənin məbləği 1 228 364 manatdır.
Bildirək ki, kapitalı 2000 manat olan “Evrodizayn” QSC-nin (VÖEN: 2900061521) qanuni təmsilçisi Tağıyev Teymur Ramis oğludur və 1998-ci ildə təsis edilib.