6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyi: Azərbaycanda real ÜDM 112 mlrd. manata çatacaq

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1.8 faiz artmaqla 111.6 milyard manata çatacaq. Bu isə əvvəlki proqnoza nəzərən 5.6 milyard manat çoxdur.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, qeyri-neft/qaz ÜDM-in real ifadədə 4.9 faiz artmaqla 77.7 milyard manata (əvvəlki proqnoza nəzərən 4.4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Bildirilib ki, cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən yüksək real artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir. 2023-cü ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4.5 faizdən 4.9 faizə qaldırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər