17 C
Baku
Wednesday, May 21, 2025

Maliyyə Nazirliyi beş banka ₼500 milyonluq depozit qoyub – Depozit faizləri 7%-dən aşağı düşdü

21 may 2025-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Banker.az-a bu barədə Maliyyə Nazirliyi tərəfindən bildirilir.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat həcmində sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6.8% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Öncəki hərracda- 24 aprel 2025-ci il tarixində eyni parametrlər üzrə 32 gün müddətinə, 7.04% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilmişdi.

Son xəbərlər
Digər xəbərlər