Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının pay bölgüsündə dəyişiklik baş verib.
Agentlik xəbər verir ki,Maliyyə Nazirliyi bankdakı iştirak payını 51,07%-dən 54,96%-dək artırıb.
Bundan başqa, nizamnamə kapitalında qeyri-dövlət müəssisələrinin iştirak payı 10,11%-dən 8,49%-dək azalıb.
Fiziki şəxslərin kapitaldakı payı 38,82%-dən 36,55%-ə enib.
Belə çıxır ki, Maliyyə Nazirliyi qeyri-dövlət müəssisələrindən 1,62%, fiziki şəxslərdən 2,27% alıb.
Hazırda bankın nizamnamə kapitalı 641 mln. 287,25 min manatdır.
APA-Economics