27 C
Baku
Saturday, September 6, 2025

Maliyyə Nazirliyi bir banka 200 mln. manatlıq depozit qoyub

Sentyabrın 5-də Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Hərracın nəticələrinə əsasən, xəzinə hesabının 200,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən bir bankında 28 gün müddətinə, 7,00 faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Xatırladaq ki, 9 aylıq fasilədən sonra 9 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 3 illik ortamüddətli istiqrazları üzrə hərrac keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər