Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102011498 seriyalı, 91 gün tədavül müddətli, 15 mln. manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.Reportun Brijaya istinadən verdiyi xəbərə görə, hərracda 7 investor tərəfindən 14 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 44 451 100 manat təşkil edib.
Sifarişlər 97,6000 (gəlirlik – 9,9999%)-96,2020 (gəlirlik – 16,0549%) qiymət intervalında təqdim olunub. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti emitent tərəfindən 97,1320 (gəlirlik – 12,0075%), orta ölçülmüş qiymət isə 97,2377 (gəlirlik – 11,5524 %) səviyyəsində müəyyən edilib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 4 may (t+1) tarixində həyata keçiriləcək.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 15 mln. manat məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 2 avqust 2016-cı ildir.