19 C
Baku
Friday, May 3, 2024

Maliyyə Nazirliyi: Dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 faizdən 74 faizə endirilib

Azəraycanda “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq olunduğu tarixdən etibarən ümumi dövlət borc portfelində xarici valyutada olan borcun payı 94 faizdən 20 faiz bəndi azaldılaraq cari ilin əvvəlinə 74 faiz təşkil etmiş, müvafiq olaraq daxili valyutada olan borcun payı isə 6 faizdən 26 faizə qədər yüksəlmişdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibdə kollegiya iclasında Samir Şərifov bildirib.

Bununla yanaşı, dəyişkən faiz dərəcələrinin istinad faiz dərəcələri (bençmark) ən aşağı səviyyədə olduğu zamanlarda, yəni 2020-2021-ci illərdə sabitləşdirilməsi təmin edilmiş və dəyişkən faiz dərəcəli borcun ümumi borc portfelində payı 01 iyul 2018-ci il ilə müqayisədə 49,7 faizdən 01 yanvar 2023-cü il tarixinə 35 faizdən aşağı səviyyəsinə endirilmişdir. Bu isə öz növbəsində, dövlət büdcəsinin xarici dövlət borcuna xidmət xərclərinə qənaət edilməsinə imkan yaratmaqdadır.

2022-ci il ərzində əsas strateji məqsədlərdən biri kimi yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi istiqamətində də mühüm addımlar atılıb.

Belə ki, 01 iyul 2018-ci il tarixi ilə müqayisədə dövriyyədə olan dövlət qiymətli kağızlarının həcmi 3.4 milyard manat artırılaraq 2023-cü ilin əvvəlinə 4.2 milyard manata çatdırılıb, bu dövr ərzində dövriyyədə olan dövlət qiymətli kağızlarının ÜDM-ə nisbəti 1.0 faizdən 3.1 faizədək artırılıb.

Strategiyanın təsdiq olunduğu dövrdə yalnız qısa (1 illik) və ortamüddətli (2 illik və 3 illik) dövlət qiymətli kağızları yerləşdirildiyi halda, son dövrdə daha uzunmüddətli, yəni dövriyyə müddəti 5 və hətta 7 illik dövlət istiqrazlarının yerləşdirilməsi təmin edilmiş və bununla da dövlət istiqrazları üzrə orta geri ödəniş müddəti Strategiyanın icrası dövründə əhəmiyyətli dərəcədə artırılmışdır. Bununla yanaşı, yeni institusional və korporativ investorların, habelə fiziki şəxslərin cəlb edilməsi ilə dövlət istiqrazlarının investor bazası genişləndirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər