5 C
Baku
Monday, March 3, 2025

Maliyyə Nazirliyi ezamiyyət xərclərinin hesablanma qaydasını açıqladı

Ezamiyyə xərclərinin 1 günlük normasına mehmanxana xərcləri və gündəlik xərclər (yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər ilə bağlı xərclər) daxildir.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Gündəlik xərc işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri isə işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.

Son xəbərlər
Digər xəbərlər